MEK-ə “Qəlbimin döyüntüləri” adlı kitabı daxil olub

24-11-22

AMEA Mərkəzi Elmi Kitabxanasına tanınmış yazıçı, uzun illər elmi fəaliyyətlə məşğul olan Müseyib Namazovun yeni işıq üzü görən “Qəlbimin döyüntüləri” adlı kitabı daxil olub. Kitab MEK-ə ailə üzvü tərəfindən hədiyyə olunub. Yeni çap edilmiş kitabda M.Namazovun ömrünün son illərində qələmə aldığı şeirləri, ibrətamiz nəsihətləri və təmsilləri toplanıb. Qeyd edək ki, Museyib Xəlil oğlu Namazov 1918-ci ildə Samux rayonunun Çobanabdallı kəndində anadan olub. 1941 ildə Böyük Vətən müharibəsinə gedib və böyük sücaətlə vuruşub. 1954–cü ildə disertasiya müdafiyyə edərək texniki elimlər namizədi elmi adını almışdır. 1972-ci ildən bədii yadadıcılığa başlayıb və ömrünün sonunadək müxtəlif əsərlər yazıb. MEK-ə təqdim edilən bu kitab yazıçının vəfatından sonra, ailə üzvlərinin dəstəyi ilə işıq üzü görüb.