MEK-ə müxtəlif səpkili kitablar daxil olub

17-01-23

AMEA-nın Mərkəzi Elmi Kitabxanasına (MEK) Azərbaycanın tarixini, ekologiyasını, coğrafiyasını, idman siyasətini və s. sahələri əhatə edən kitablar daxil olub. Bunların sırasında “İlham Əliyev və Azərbaycanda idmanın tərəqqisi”, “Səfəvilər VII. I Şah Abbas”, “Coğrafi qloballaşma: İnformasiya cəmiyyətinin ekoloji və bioetik problemləri”, “Buğdanın şoranlığa davamlılığının fizioloji xüsusiyyətləri”, “Birdəyişənli funksiyaların differensial hesabı. Dərs vəsaiti” və digərləri var. Nəşrlərdə idmana dövlət dəstəyi məsələləri, Azərbaycan Səfəvi dövlətinin ən qüdrətli hökmdarlarından olan I Şah Abbasın həyatı, onun hakimiyyət illərində Səfəvi dövləti hüdudlarında cərəyan edən hadisələrin öyrənilməsi, müasir dövrün bir sıra aktual problemləri təhlil olunur. Sözügedən kitablar MEK-in elektron kataloquna daxil edilib. Oxucular kitabxananın rəsmi saytından həmin nəşrləri əldə edə bilərlər.