MEK-ə “M.Abbasov Təlim-təlim tərbiyə işində nitq nöqsanlarının islahı (ata-ana və müəllimlərə rəhbər)” adlı kitab daxil olub

09-06-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına “M.Abbasov Təlim-təlim tərbiyə işində nitq nöqsanlarının islahı (ata-ana və müəllimlərə rəhbər)” adlı kitab daxil olub. Kitabı II nəşr çapa hazırlayan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş mütəxəssisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynovadır. Pedaqoji elmlər namizədi Muxtar Abbasovun nitqi nöqsanlılığın müalicəsindən bəhs edən bu kitabı Azərbaycanda yazılmış ilk elmi nəşrdir. İxtisasca həkim, loqoped olan M.Abbasov uzun illər uşaqlarda erkən yaşlarında ən çox təsadüf edilən pəltəklik, kəkələmə kimi qüsurların müalicəsi ilə məşğul olub. Məlumdur ki, nitq – insanın təfəkkür və hisslərini ifadə etmək üçün bir vasitə olub təfəkkürlə vəhdət təşkil edir. Nitq vasitəsilə biz öz ictimai-sinfi mühitimizlə mürəkkəb əlaqə və münasibətdə oluruq. Düzgün, aydın və gözəl nitqə malik olmaq üçün bu köməkedici vəsaitdən davamlı və məqsədəmüvafiq iş aparılaraq istifadə etmək olar. Dəyərli nəşr pəltəklik və kəkələmə kimi nitq nöqsanlarının müalicəsində aktuallığını bu gün də itirməyib. Rəhbər kitab ali məktəb tələbələri, loqopedlər, həkimlər və nitq qüsurları ilə məşğul olan mütəxəssislər üçün çox faydalıdır.