MEK-ə A.İ. Qarayev adına Fiziologiya İnstitutundan jurnallar daxil olub

25-04-22

AMEA-nın A.İ. Qarayev adına Fiziologiya İnstitutu tərəfindən Mərkəzi Elmi Kitabxananın Mübadilə fonduna jurnallar hədiyyə olaraq təqdim edilib. Nəşrlərə “A.İ.Qarayev adına Fiziologiya İnstitutunun və Azərbaycan Fizioloqlar cəmiyyətinin elmi əsərlərinin külliyyatı”nın XXVIII, XXIX, XXX, XXXI, XXXII, XXXIII, XXXIV, XXXV və XXXVI cildləri daxildir. Həmçinin İnstitut tərəfindən dərc olunan “Azərbaycan Fiziologiya Jurnalı” institut əməkdaşlarının 2022-ci ildəki elmi fəaliyyətindən və alınan nəticələrdən bəhs edən külliyyat da nəşrlər arasında yer alır. Daxil olan jurnallar gələcəyin gənc alimləri, doktorantları, digər elm sahəsinin mütəxəssisləri üçün dəyərli əyani vəsaitdir. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)