MEK-də Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyi münasibəti ilə sərgi təşkil olunub

12-09-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) sərgi salonunda Azərbaycanın görkəmli dövlət xadimi, yazıçı-publisist Yusif Vəzir Çəmənzəminlinin 135 illik yubileyi münasibəti ilə sərgi təşkil olunub. İki həftə müddətində davam edəcək sərgidə Yusif Vəzir Çəmənzəminlinin müəllifi olduğu və onun haqqında digər yazarlar tərəfindən yazılmış müxtəlif nəşrlər nümayiş olunur. Bu nəşrlər sırasında Y.V.Çəmənzəminlinin “İki Od Arasında”, “Hədərən-Pədərən”, “Xarici siyasətimiz”, “Əli və Nino” əsərləri, eləcə də Əli İbrahimovun “Y.V.Çəmənzəminlinin Fəlsəfi və Sosial-Siyasi Görüşləri”, Pərixanım Soltanqızının “Yusif Vəzir Çəmənzəminlinin hekayələrində mühit və şəxsiyyət(1907-1920-ci illər)” və digər kitablar yer alır. Qeyd edək ki, Mərkəzi Elmi Kitabxanada mütəmadi olaraq bir sıra mövzularda sərgilər təşkil edilir. Ictimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)