MEK-də Tovuz döyüşləri şəhidlərinin xatirəsi anılıb, sərgi təşkil edilib

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə təqdim olunan Vaqif İsaqoğlunun “Tovuz: iyul şəhidləri”, Aynur Səfərlinin “Qəhrəmanlıq tariximizin şanlı səhifələri”, “Tarix yazan qəhrəmanlarımız”, Gülxani Pənahın “Vətən adlı dinimiz var...”, “Qələmlə, silahla...(Azərbaycan ordusu-100)” kitab-albomu, “Vətən və iman”, “Azərbaycanda mövcud olan şəhidliklər və şəhid məzarları”, Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər”, İlqar Kamilin “Polad necə bərkidi”, “Hər biri qəhrəmandır” və digər nəşrlərdə düşmən tərəfindən torpaqlarımızın qəsb olunmasına qarşı mübarizədə, Azərbaycanın ərazi bütövlüyü uğrunda Qarabağ müharibəsində şəhid olaraq adlarını tarixə əbədi həkk edən igid və cəsur oğullar haqqında məlumat verilir, Vətən müharibəsinə gedən yolun əsas mərhələlərindən olan Tovuz döyüşləri haqqında bəhs olunur. Sərgi iki həftə boyunca davam edəcək. Bundan əlavə, MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu tərəfindən Tovuz döyüşlərində canlarını qurban vermiş şəhidlərimizin xatirəsi anılıb, onlar haqqında məlumatlardan ibarət “Tovuzda şəhid olan qəhrəmanlarımız” adlı xüsusi guşə təşkil olunub. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)