MEK-də şöbələrarası illik hesabat müsabiqəsi keçirilib
29-12-22
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) şöbələrarası illik hesabat müsabiqəsi keçirilib. Tədbirdə çıxış edən MEK-in baş direktoru professor Məmməd Əliyev cari il ərzində kitabxananın fəaliyyətini yüksək qiymətləndirib və il ərzində işini uğurla yerinə yetirən əməkdaşlara təşəkkürünü bildirib. Baş direktor işin keyfiyyətini yüksəltmək, kitabxana işini müasir tələblər səviyyəsində qurmaq və əməkdaşları stimullaşdırmaq məqsədi ilə hər ilin sonunda keçirilən şöbələrarası hesabat müsabiqəsinin əhəmiyyətini diqqətə çatdırıb. Sonda baş direktor Məmməd Əliyev müsabiqəyə qatılan şöbələrə uğurlar arzulayıb. Daha sonra MEK-də fəaliyyət göstərən şöbələr 2022-ci il ərzində gördükləri işləri təqdim ediblər. Təqdimat, videoçarx, slayd və yazılı formatda nümayiş olunub. Müsabiqənin sonunda münsiflərin qərarı ilə I yerə Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi, II yerlərə Qarabağ müharibəsi qəhrəmanları fondu və Elektron resurlar şöbəsi, III yerlərə İctimaiyyətlə əlaqələr və informasiya, Beynəlxalq əlaqələr və Komplektləşdirmə şöbələri layiq görülüblər. Onu da qeyd edək ki, qarşıdan gələn bayramlar münasibətilə AMEA-nın Azad Həmkarlar İttifaqı və MEK Həmkarlar Təşkilatı tərəfindən əməkdaşlara hədiyyələr, qalib şöbələrə isə pul mükafatı təqdim olunub. I yerin qalibi olan Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin hazırladığı videoçarxı təqdim edirik. https://youtube.com/watch?v=6VPPoOe5ncw&feature=shares