MEK-də Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
25-04-22
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 28 May - Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dünyəvi demokratik dövlətin - Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, eləcə də bayrağımızın şərəfli tarixindən söz açıb. Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən keçən dövr ərzində tarixi proseslər haqqında ətraflı məlumat verən baş direktor, Ermənistanın ölkəmizə qarşı təcavüzündən, 44 günlük Vətən müharibəsi dövründə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm qələbədən danışıb, regionun lider dövlətinə çevrildiyini vurğulayıb. Tədbir zamanı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Elektron Resurslar şöbəsinin əməkdaşı Rövşən Məmmədli geniş məruzə ilə çıxış edib. Məruzəçi, AXC-nin yaranma tarixindən, demokratik dövlətin qurucularından, onların mədəniyyətimizə, ədəbiyyatımıza, eləcə də mətbuat sahəsinə verdiyi töhfələrdən bəhs edib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)