MEK-də Milli Dirçəliş Günü ilə bağlı sərgi təşkil edilib

17-11-22

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 17 noyabr Milli Dirçəliş Günü ilə bağlı sərgi təşkil edilib. Sərgidə MEK-in fondunda qorunan “Azərbaycan 1993”, “Qayıdış 1990-1993”, “Qurtuluş”, “DEPORTASİYA. “Azərbaycanlıların Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından deportasiyası”, “Heydər Əliyev Azərbaycan Respublikasının memarı, xilaskarı və qurucusudur” (Həsən Mirzəyev), “Azərbaycan beynəlxalq münasibətlər sistemində. 1918-1920” (Cəmil Həsənov), “Azərbaycan tarixi. XX əsrin 80-90-cı illəri” (Tahir Qafarov), “Müstəqilliyimiz əbədidir, sarsılmazdır” (Fəzail Ağamalı), “Fikir azaddır” (Rövşən Mustafayev), “Deyirdim ki, bu quruluş dağılacaq” (Əbülfəz Elçibəy), “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və Heydər Əliyevin sülh strategiyası“ (Əsgər Abdullayev), “Yaddaşın bərpası” (Cəlal Qasımov), “Müstəqilliyimizi istəyiriksə...” (Yusif Vəzir Çəmənzəli) və s. bu mövzuda kitablar yer alır. Qeyd edək ki, sərgi dekabrın 1-dək davam edəcək.