MEK-də M.Ə.Sabirin doğum günü münasibətilə sərgi təşkil edilib

30-05-23

Bu gün böyük Azərbaycan şairi, bədii-ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi, görkəmli maarifpərvər Mirzə Ələkbər Sabirin doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında ədibin həyat və yaradıcılığını əks etdirən kitablardan ibarət sərgi təşkil olunub. Sərgidə M,Ə,Sabirin satirik şeirlərləri, ictimai-siyasi və fəlsəfi lirikası, növhə və mərsiyələri, qəzəlləri, məktəb uşaqları üçün qələmə alınmış şərqi, mənzum hekayə və təmsilləri, tərcümələri, hekayə və felyetonları, ədəbi-publisist məqalələri, müхbir yazıları və məktubları toplandığı əsərlər (“Seçilmiş əsərləri”, “Hophopnamə” və s.) nümayiş olunur. Həmçinin sərgidə qüdrətli şair və mütəfəkkirin həyatı, bədii-estetik idealı, sənət görüşlərinin yer aldığı Əkrəm Cəfərin “Mirzə Ələkbər Sabir şeirinin qafiyə lüğəti”, A. Lukyanovanın “Sabir yaradıcılığının əsas nöqtələri”, Akif Əlinin “Mirzə Ələkbər Sabirin satira sənətkarlığı”, Mirzə İbrahimovun “Böyük şairimiz Sabir”, Alxan Bayramoğlunun “Mirzə Ələkbər Sabir” kimi tədqiqat işləri yer alır. Sərgi 2 həftə davam edəcək.