MEK-də latın qrafikası ilə dərc olunan nəşrlərin sərgisi keçirilir

11-01-24

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən latın qrafikası ilə dərc olunan nəşrlərin sərgisi təşkil edilib. Sərgilənən nəşrlər sırasında müasir Azərbaycan ədəbiyyatı seriyasından Mir Cəlal, Əhməd Cavad, Qabil, Cabir Novruz, Əli Vəliyev, Rüstəm İbrahimbəyov, Nüsrət Kəsəmənli, Əli Kərim, Almas İldırım, Nəbi Xəzri, İsmayıl Şıxlı, Qılman İlkin, Ənvər Əlibəyli, Qasım Qasımzadə, Nigar Rəfibəyli, Balaş Azəroğlunun “Seçilmiş əsərləri” və başqaları yer alıb. Həmçinin dünya ədəbiyyatının incilərindən sayılan F.M.Dostoyevskinin “İdiot”, T.Drayzerin “Kerri bacı”, Ş.Kosterin “Ulenşpigel ve Lamme Qudzak əfsanəsi”, V,Q.Yanın “Çingiz Xan”, E.S.Tompson, Nazim Hikmət, Cek London və M.Y.Lermontovun “Seçilmiş əsərləri” və digər nəşrlər də sərgidə nümayiş etdirilir. Sərgi cari ayın sonunadək davam edəcək.