MEK-də Konstitusiya Günü ilə bağlı sərgi təşkil edilib
15-11-22
AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) 12 noyabr Konstitusiya Günü ilə əlaqədar sərgi təşkil edilib. Sərgidə MEK-in fondlarında qorunan “Hərbi qanunlar toplusu”, “Azərbaycan Respublikasında bələdiyyələrin hüquqi bazası”, “Azərbaycan vahid və bölünməz Avropada”, (2001-2011), “Azərbaycan Respublikası Milli Məclisi iclaslarının protokolları və stenoqramları”, “Azərbaycan bayraqları”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Vətənə, xalqa, dövlətə sədaqət andı” (Azərbaycan Respublikasının Prezidenti Heydər Əlirza oğlu Əliyevin andiçmə mərasimi. 18 oktyabr 1998-ci il), “Azərbaycan Respublikasının Cinayət məcəlləsi”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları” (Ziyafət Əsgərov, Elşad Nəsirov, Mübariz İsmayılov), “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri” (Şahin Bağırov), “Azərbaycan, zaman, inkişaf” (Aydın Mirzəzadə), “Dildə, fikirdə, işdə birlik” (İsmayıl bəy Qaspiralı), “Siyasi elm” (Məcid Əfəndiyev), “Vətəndaş cəmiyyəti ideyası” (Adam Seliqam) və s. bu növdə kitablar yer alır. Qeyd edək ki, sərgi noyabrın 25-dək davam edəcək.