MEK-də görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyi ilə əlaqəli sərgi təşkil edilib.

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli kitabxanaşünas-alim Rasim Kazımovun 90 illik yubileyinə həsr olunmuş sərgi təşkil olunub. Sərgidə elmi xidmət biblioqrafiyasının təməlini qoyan görkəmli alimin müəllifi olduğu “Kitabxana işinin iqtisadiyyatı” kitabı, Abuzər Xələfovun “Azərbaycanda kitabxana işinin təşkili” əsəri, “Kitabxanaşünaslığa giriş” dərslikləri, “Kitabxanaşünaslıq və biblioqrafiya” elmi-nəzəri, metodik və təcrübi jurnalın sayları və digər nəşrlər yer alıb. Xatırladaq ki, R.Kazımovun 1954-2007-ci illərdə nəşr olunan 245 ədəbiyyatdan ibarət şəxsi kolleksiyası alimin vəfatından sonra ailəsi tərəfindən MEK-ə hədiyyə edilib. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 (daxili 14-14)