MEK-də “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunması” mövzusunda maarifləndirmə tədbiri keçirilib

29-09-22

Sentyabrın 29-da AMEA Mərkəzi Elmi Kitabxanasında “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə qüvvələrinin idarə olunması” mövzusunda əməkdaşlara maarifləndirmə tədbiri keçirilib. Tədbirdə MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov öncə fövqəladə hallar zamanı Mərkəzi Elmi Kitabxanada işçilərin mühafizəsi üzrə tədbirlərin təşkilindən, mühafizənin əsas üsul və vasitələri zamanı insanların mühafizə qurğuları ilə öz təhlükəsizliklərini təmin etmələrindən danışıb. Əhalinin mühafizə olunması mülki müdafiənin başlıca vəzifəsi olduğunu bildirən Gülağa Cahangirov insanların təhlükəli yerlərdən köçürülüb təhlükəsiz yaşayış məntəqələrinə yerləşdirilməsi barədə də iştirakçılara ətraflı məlumat verib. Daha sonra MEK-in İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin əməkdaşı Röya İsrafilova əməkdaşlara yanğın, zəlzələ, kimya qəzası zamanı baş verəcək təhlükəli halların aradan qaldırılmasında görüləcək işlər haqqında və ammonyak, xlor kimi qazların təsiri, onların havaya buraxılması anında davranış qaydaları haqqında bilgiləri kitabxana əməkdaşlarının diqqətinə çatdırıb.