MEK-də “Elmira Axundova – 70” adlı sərgi təşkil edilib

30-05-23

Bu gün Xalq yazıçısı, Əməkdar Jurnalist nasir, publisist, tərcüməçi, ədəbiyyatşünas, filologiya elmləri namizədi, ictimai-siyasi xadim Elmira Axundovanın doğum günüdür. Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında “Elmira Axundova – 70” adlı kitab sərgisi təşkil edilib. Sərgidə “Heydər Əliyev: Şəxsiyyət və zaman” çoxcildliyi, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyəti canlı şahidlərin, müxtəlif vaxtlarda Ulu Öndərlə birgə işləmiş şəxslərin xatirələri və arxiv materialları əsasında əks etdirilən “Kreml beşilliyi”, “Qayıdış”, “Hakimiyyət yükü altında” tədqiqatları, rus və özbək dillərində “İlham Əliyev”, “Sabahımızı düşünərək”, “Əl-Fərahimin musiqişünaslıq görüşləri”, “Həmkarlarımla üz-üzə” və digər kitablar nümayiş olunur. Sərgi 2 həftə davam edəcək. Qeyd edək ki, E.Axundova Milli Məclisin üçüncü, dördüncü və beşinci çağırış deputatı olub, 2020-2023-cü illərdə Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsini tutub. O, Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.