MEK-də “Elm günü” münasibətilə kitab sərgisi təşkil olunub

27-03-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Elm günü” ilə bağlı kitab sərgisi təşkil olunub. Sərgidə Misir Mərdanovun “Azərbaycan təhsil tarixi” çoxcildliyi, Nizami Qafarovun “Turizmin iqtisadiyyatı” dərsliyi, Azərbaycan elm və mədəniyyət xadimləri seriyasından “Elmira Süleymanova Biblioqrafiya” kitabı, “Azərbaycan elmi elitası: elmlər doktoru” məlumat kitabçası, AMEA-nın müxtəlif illərdə elmi və elmi-təşkilati fəaliyyəti, əldə olunan nailiyyətlər, beynəlxlaq elmi əlaqələri haqqında hesabat məruzələri, AMEA-nın mühüm hadisələr salnaməsinin yer aldığı "Azərbaycan Milli Elmlər Akademiyası" adlı prospekt və digər dəyərli nəşrlər nümayiş olunur. Sərgilənən kitablar tədqiqatçılar, müəllimlər, tələbələr və geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulub. Qeyd edək ki, cəmiyyətin inkişafında elmin əhəmiyyəti nəzərə alınaraq, Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə Azərbaycanda Elm Günü təsis edilib. Bu tarix ölkə üçün əlamətdar bir vaxta – AMEA-nın təsis olunduğu günə təsadüf etdiyi üçün xüsusi əhəmiyyət daşıyır.