MEK-də Beynəlxalq Tolerantlıq günü ilə bağlı sərgi keçirilir

16-11-23

16 noyabr Beynəlxalq Tolerantlıq günüdür! Bu gün 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilib və həmin tarixdən dünyanın bir çox ölkələrində Beynəlxalq Tolerantlıq günü kimi qeyd olunur. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) bu günə həsr olunmuş sərgi təşkil edilib. Mövzu ilə bağlı dəyərli nəşrlərin təqdim olunduğu sərgidə “Ulu Öndər Heydər Əliyev siyasətinin müdriklik gücü”, “Azərbaycanda multikulturalizm” biblioqrafiyası, “Dinlərarası dialoqun sülh multikultural həyata töhfəsi”, “Əbədiyaşar bəşəri fəlsəfə dialoq”, “Azərbaycan multikulturalizminin elmi-fəlsəfi və ictimai-publisistik qaynaqları”, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mulitkulturalizmin Azərbaycan modeli haqqında”, “Multikulturalizmin sosial-fəlsəfi təhlili”, “Geosiyasi reallıqlar və multikultural dəyərlər” və digləri yer alıb. Kitablarda Azərbaycanda tolerantlıq, onun təbliği, bu sahədə dövlətimiz tərəfindən görülən tədbirlər, əsrlər boyu Azərbaycanda müxtəlif xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət və etimad şəraitində yaşamağından bəhs edilir. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi və uzaqgörənliyi nəticəsində cəmiyyətin multikultural xarakteri siyasi və hüquqi prinsiplər səviyyəsinə yüksəldilərək dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Sərgi iki həftə ərzində oxuculara təqdim olunacaq.