MEK-də Beynəlxalq Teatr Günü ilə bağlı sərgi keçirilir

28-03-24

27 mart Beynəlxalq Teatr Günü kimi qeyd olunur. Bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil olunub. Sərgidə teatrın yaranması, inkişaf tarixi, görkəmli teatr ustalarının həyat və yaradıcılığına dair müxtəlif dillərdə kitablar nümayiş olunur. Bunlardan İlham Rəhimlinin “Səhnə fədailəri” (3 cilddə), “Ağasadıq Gəraybəyli”, “Məmmədrza Şeyxzamanov”, “Mərziyə Davudova”, “Mehdi Məmmədov”, “Adil İsgəndərov”, “Azərbaycan teatr tarixi” (4 cilddə), Rafiq Rəhimlinin “Teatr kraliçası”, İnqilab Kərimovun “Azərbaycan teatr tarixi”, Ramilə Qurbanlının “Leyla Bədirbəyli”, Svetlana Kuroçkinanın “Fatma Muxtarova”, Şəhla Həsənovanın “Lütfiyar İmanov”, Mustafa Çəmənlinin “Səhnəmizin çiçəyi”, Aqşin Babayevin “Səhnə Ekran Efir”, İsrafil İsrafilovun “...və Teatr” adlı əsərini və başqa dəyərli nəşrləri qeyd etmək olar. Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.