MEK-də Bəxtiyar Vahabzadənin 97 illiyi münasibətilə kitab sərgisi keçirilir

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) görkəmli şair Bəxtiyar Vahabzadənin 97 illiyinə həsr olunmuş sərgi keçirilir. Sərgidə Bəxtiyar Vahabzadənin 9 cilddən ibarət “Əsərləri”, “Достоинство”, “Seçilmiş əsərləri”, “Sandıqdan səslər”, “İstiqlal”, “Ədəbi düşüncələr”, “Самед Вургун” (Б.Вагабзаде, Э.Талыблы) və digər nəşrləri nümayiş olunur. Sərgi MEK-in “Sərgi salonu”nda iki həftə müddətində davam edəcək. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)