MEK-də 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş nəşrlər sərgilənir
01-04-24
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında (MEK) 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi hazırlanıb. Sərgidə bu gün ilə bağlı MEK-in fondlarında olan Azərbaycan və xarici dillərdə “Azərbaycanda erməni zülmü”, “Şamaxı qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Quba qəzasında Azərbaycan xalqına qarşı soyqırımı”, “Bakıda Azərbaycan xalqına qarşı 1918-ci il mart soyqırımı”, “Azərbaycan xalqına qarşı 1918-ci il Mart Soyqırımı. Azərbaycan tarixi: ilk mənbələr” üç cilddə sənədlər toplusu, “Urmiya bölgəsində azərbaycanlılara qarşı soyqırımı (1917-1918)”, “Kim üzr istəməlidir?”, “Ermənilər və həqiqətlər”, “Soyqırımı tarixinin dastanı”, “Soyqırım. Nahaq qan yerdə qalmaz”, “Azəri soyqırımı”, “Tarixi adlara qarşı soyqırım”, “Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq”, “1918-1920-ci illərdə azərbaycanlıların soyqırımı”, “Ermənilərin müsəlmanlara, xristianlara və yahudilərə qarşı soyqırımı”, “Soyqırım cinayəti” beynəlxalq aktlar, normativ sənədlər, müraciətlər, şərhlər toplusu və digər kitablar təqdim edilib. Nəşrlərdə ermənilərin azərbaycanlılara qarşı xüsusi qəddarlıqla törədilmiş dəhşətli qırğınlardan bəhs edən çoxsaylı arxiv sənədləri və materiallar toplanıb, XX yüzillik ərzində Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları və separatizm tarixi obyektiv təhlil edilib. Oxuculara ənənəvi ilə yanaşı, MEK tərəfindən hazırlanan virtual sərgi də təqdim edilib ( https://heyzine.com/flip-book/db0cb84d91.html#page/1 ).