MEK daha bir xarici kitabxana ilə əməkdaşlıq haqqında saziş imzalayıb

25-04-22

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə Rusiya Elmlər Akademiyası Sibir Bölməsinin Federal Elmi İnstitutunun İctimai, Elmi, Texniki Kitabxanası arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Müqaviləni AMEA MEK-in baş direktoru professor Məmməd Əliyev və sözügedən müəssisənin direktoru İrina Lizunova imzalayıblar. Müqavilənin bəndlərinə əsasən hər iki müəssisə mədəniyyət, informasiya və kitabxana texnologiyaları, biliklərin yayılması, eləcə də elmi-tədqiqat sahəsində təcrübə mübadiləsi haqqında razılığa gəliblər. Qeyd edək ki, AMEA MEK beynəlxalq mədəni əlaqələrin inkişafına xüsusi önəm verir. Kitabxana beynəlxalq çərçivədə onlarla ölkənin bir sıra xarici təşkilatı ilə sıx elmi-mədəni münasibətlər həyata keçirir. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)