MEK 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə virtual sərgi hazırlayıb

03-02-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) 2 fevral - Azərbaycan Gəncləri Gününə həsr olunan virtual sərgini (https://heyzine.com/flip-book/a8b683cbb5.html) oxuculara təqdim edir. Sərgidə MEK fondundan gənclərə həsr edilmiş müxtəlif elm sahələrini əhatə edən “Gənc Alimlərin I Respublika İnnovativ İdeya Yarmarkası”, ““Gənc Alimlərin II Respublika İnnovativ İdeya Yarmarkası” çərçivəsində “Yeni çağırışlar: müasir şəraitdə elmi innovativ tədqiqat işlərinin təcrübi və tətbiqi əsasları”" gənc alimlərin elmi konfransının materialları, “Prezident İlham Əliyev və idmanımızın 5 ili”, “Gənclər arasında narkotizmin qarşısının alınması sahəsində daxili işlər orqanlarının fəaliyyəti”, “Gənc riyaziyyatçılara kömək”, “Gələcək gənclərindir”, “Gənclik və Zaman”, “Gəncliyin Fəlsəfəsi”, “Gənclik dostlarım”, “Gənc qvardiya” və s. nəşrlər yer alıb. Təqdim olunan kitablarda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin bu günün təsis edilməsi ilə bağlı imzaladığı Fərman, dahi liderin müxtəlif illərdə uşaq və gənclərlə bağlı tədbirlərdəki çıxışları, nitqləri və təbrikləri, 2003-cü ilin oktyabrından bu günədək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə idmanın inkişafı ilə bağlı məqsədyönlü və ardıcıl fəaliyyəti əksini tapıb. Nəşrlərdə gələcəyimiz olan gənclərin təlim-tərbiyə edilməsi yolları, maarif sahəsində keçmiş ənənədən gələcək perspektiv, o cümlədən gənc alimlərin elmi konfranslardakı çıxışları yer alıb.