İsveçdə yaşayan azərbaycanlı yazıçı-publisist Şəlalə Əbilin yeni kitabı Mərkəzi Elmi Kitabxanada

09-06-23

15 ilə yaxındır ki, İsveçdə yaşayan azərbaycanlı yazıçı-publisist Şəlalə Əbil “Oliverin evi” adlı kitabını AMEA Mərkəzi Elmi Kitabxanasına hədiyyə edib. Kitabda müəllifin son illərdə qələmə aldığı hekayələr və real hadisələrdən bəhs edən “Başıma gələnlər" silsiləsindən olan bədii-publisistik yazıları yer alıb. “Balıqlara yazılan məktublar”, “Gilavar”, “Həsir şlyapa”, “Nesar”, “Dostum ərik ağacı”, “Zolaqlı dirək”, “Həmlə”, “Metroda”, “Darçın, yoxsa dovşan?” və başqa maraqlı bədii mətnlər oxuculara təqdim olunub. Kitabın redaktoru yazıçı-dramaturq Samir Sədaqətoğludur. Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Bakıda kitabın təqdimatı keçirilib.