“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yeni çapdan çıxan 126-cı və 127-ci kitabları MEK-də

13-06-23

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yeni çapdan çıxan 126-cı və 127-ci kitabları MEK-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin yeni çapdan çıxan 126-cı və 127-ci kitabları daxil olub. Azərbaycan Respblikasının Prezidenti İlham Əliyevin oxuculara təqdim olunan “İnkişaf - məqsədimizdir” çoxcildliyinin 126-cı cildində dövlət başçısının Almaniya Federativ Respublikasına səfərinə, səfər zamanı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “Boru arzuları: gələcəyə uyğun enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirakına, o cümlədən Türkiyə Respublikasına işgüzar səfərinə, Türk Dövlətləri Təşkilatının dövlət başçılarının fövqəladə zirvə görüşündə iştirakına dair materiallar toplanıb. Kitabda, həmçinin dövlət başçısının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda keçirilmiş plenar iclasda iştirakına aid materiallar, o cümlədən Azərbaycan televiziya kanallarına müsahibə də yer alıb. Çoxcildliyinin 127-ci kitabında isə Prezident İlham Əliyevin aprel ayında Tacikistan, Qazaxıstan, Bosniya və Herseqovinaya, Bolqarıstana rəsmi və işgüzar səfərlərinə, bu səfərlər zamanı imzalanmış ticari, iqtisadi müqavilələrə, o cümlədən Türkiyə Respublikasına səfəri zamanı TEKNOFEST aerokosmik və texnologiya festivalında iştirakına dair materiallar toplanıb. Kitabda, həmçinin ADA Universitetinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda Şuşada keçirilmiş beynəlxalq konfrans iştirakçılarının suallarına verdiyi genişməzmunlu və tutarlı cavabları yer alıb. Bu cilddə Azərbaycan Respblikasının Prezidenti İlham Əliyevin bölgələrə səfərləri zamanı yol və infrastruktur, o cümlədən ictimai obyektlərin açılışı mərasimlərində iştirakına dair materiallar, Salyan şəhərində Azərbaycan televiziyasına müsahibəsi, Talış kəndində Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbriki verilib. Kitablar tələbələr, tədqiqatçılar, alimlər üçün Azərbaycan Respublikasının tarixini, ictimai-siyasi vəziyyətini, elmi-mədəni mühitini öyrənmək baxımından dəyərli mənbələrdir.