“Azərbaycan” qəzeti (1918-1920) elektron versiyada təqdim olunur
09-03-23
ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin orqanı olan “Azərbaycan” qəzetinin (1918-1920) bir xüsusi buraxılışı və 5 nüsxəsi Azərbaycan əlifbasına köçürülüb. Qəzetin oxucular üçün əlçatan olması və elmi tədqiqatlarda istifadə olunması məqsədilə hazırlanan nəşrlər elektron versiyada bir QR kod (veb link) üzərində toplanaraq elan formasında çap olunub. İstifadəçilər qəzetdən AMEA Mərkəzi Elmi Kitabxanasının elektron kataloquna (https://mek.az/) daxil edilmiş tammətnli verilənlər bazasından, eləcə də yerli şəbəkədə yararlana bilərlər.