AMEA Mərkəzi Elmi Kitabxanasının 100 illiyi münasibətilə elmi – kütləvi kitabın hazırlıq işlərinə start verilir

06-02-23

Məlumdur ki, 2024 – cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının 100 illiyi tamam olur. Bununla əlaqədar olaraq MEK – in baş direktoru, prof. Məmməd Əliyevin elmi redaktorluğu, icraçı direktor, dos. Şəhla Tahirqızının tərtibatçı – müəllifliyi ilə “Mərkəzi Elmi Kitabxana - 100” adlı elmi – kütləvi kitabın hazırlanmasına başlanılmışdır. Xahiş edirik, kitabxanamızın keçdiyi tarixi yolun işıqlandırılmasına kömək məqsədi ilə təklif və arzularınızı 210 – cu otağa, yaxud [email protected] elektron ünvanına göndərəsiniz.