AMEA Mərkəzi Elmi Kitabxanasında yeni daxil olan nəşrlərdən ibarət sərgi hazırlanıb
25-01-23
Burada yanvar ayı ərzində MEK-ə daxil olan nəşrlər sərgilənir. Nəşrlər sırasında“44 gündə Ermənistanın müharibə cinayətləri” jurnal-bülleteni, “Türkün haqq bağıran səsi”, “Şuşa ziyalıları. Unudulmuş irs”, “Müstəqilliyə gedən yolda milli kimliyimiz”, “Ermənistan İsrail dövlətinin Cənubi Qafqaz siyasətində”, “Əlyazmaların tədqiq və təbliği sahəsində beynəlxalq əlaqələr”, 2022-ci il “Şuşa İli”nə həsr olunmuş ”V Beynəlxalq Həmzə Nigari Simpoziumu”nun materialları, “Örnək insan: professor Həsən Abbas oğlu Sultanov”, “Elnur Əşrəfoğlu xatirələrdə”, “Mirzə Ələkbər Sabir və İslam dini”, “Dünya milli kitabxanaları” dərs vəsaiti və digərləri yer alıb. Eləcə də, “Azərbaycanca – Özbəkcə. Özbəkcə - Azərbaycanca” lüğəti, “Özbək şeir çələngi”, Azərbaycan və özbək yaradıcılığına aid seçilib tərcümə edilmiş yüzlərlə atalar sözlərinin toplusu “Atalar sözü - Maqollar” kitabı da öz əhəmiyyəti ilə seçilir. Qafqazşünaslıq, tarix, politologiya və digər ixtisaslarda təhsil alan tələbələr, magistrlar, həmçinin tədqiqatçılar sözügedən nəşrlərdən faydalana bilər.