AMEA-da baş tutan “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusundakı elmi konfransda MEK sərgi təşkil edib

11-01-23

AMEA Rəyasət Heyətində “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev dövlətçilik idealları və müasir dövr” mövzusunda elmi konfrans keçirilib. Konfransda Mərkəzi Elmi Kitabxana tərəfindən sərgi təşkil edilib. Sərgidə kitabxana fondlarındakı ümummilli lider Heydər Əliyevin keçdiyi şərəfli həyat yolunu və siyasi irsini əks etdirən kitablar nümayiş olunub.