AMEA-da “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

24-05-24

Mayın 23-24-də Azərbaycan Milli Elmlər Akademiyasının, AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda “Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə təbiətə qayğıkeş münasibəti”, “1969-1982-ci illərdə ölkədə ilk dəfə ümumxalq miqyasda yaşıllaşdırma tədbirlərinin həyata keçirilməsi”, “Prezident İlham Əliyevin “Yaşıl dünya naminə həmrəylik” və yaşıl enerji siyasəti”, “Azərbaycan mədəniyyəti, folkloru, ədəbiyyatı və fəlsəfi dünyagörüşündə ekoloji ictimai şüur məsələləri və təbiətə münasibət”, “Azərbaycanın ətraf mühit problemləri, bioloji müxtəlifliyin qorunması, ekoloji monitorinq məsələləri”, “Ağıllı ətraf mühit, yaşıl artım və yaşıl texnologiyalar məsələləri”, “İşğaldan azad olunmuş ərazilərin ekoloji problemləri”, “İctimai ekologiya və sağlamlıq problemləri” mövzularında məruzələr dinlənilib.