MEK əməkdaşının 70 illik yubileyi qeyd olunub.
29-07-24
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) kitabxananın əməkdaşı Cəlalət Yusibovanın 70 illik yubileyi qeyd olunub. MEK-in direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov yubilyarı təbrik edib. Direktor qeyd edib ki, Cəlalət Yusibova hər zaman təcrübəli, məsuliyyətli və bacarıqlı bir əməkdaş kimi kitabxanaya öz töhfəsini verib. Uzunmüddətli peşəkar və səmərəli fəaliyyəti, 70 illik yubileyi münasibətilə Cəlalət Yusibova “Təşəkkürnamə” ilə təltif olunub. Öz növbəsində C.Yusibova göstərilən diqqətə görə təşəkkürünü bildirib.