Haqqımızda
Ümumi məlumat Rəhbərlik Şöbələr

Rəhbərlik

ASA:Əliyev Məmməd Arif oğlu

Vəzifə:Baş direktor

Ətraflı: Əliyev Məmməd Arif oğlu —fəlsəfə elmləri doktoru, professor, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru. Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyali ailəsinda anadan olub. 1980–1985-ci illərdə S.M.Kirov adina Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə — Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri və həmin kafedranın professoru olub. 2017-ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsinə keçirilib. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. 20 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin №18/6 qərarı ilə Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın direktoru vəzifəsinə təyin edilib. Ailəlidir, iki övladı var. M.Əliyev dinlərarası dialoq, nitq etiketi və sosial-etik problemlər ilə məşğul olur. O, 15 yanvar 1992-ci ildə Azərbaycan Dövlət Universitetində "Mənəvi dəyərlərin dini anlayışı" mövzusunda dissertasiya işini müdafiə edib. Fəlsəfə elmləri doktoru alimlik dərəcəsini almaq üçün "İslam və xristianlığın qarşılıqlı mənəvi – tarixi təsiri" mövzusunda dissertasiya işi yazmış və 2008-ci ildə müasir dünyada dinlərarası dialoqa həsr olunmuş doktorluq dissertasiyasını müdafiə etmişdir. 2 sentyabr 2009-cu il Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona elmlər doktoru elmi dərəcəsi verilmişdir. 5 fevral 2016-cı ildə isə Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Azərbaycan tarixi və ictimai elmlər kafedrası üzrə professor elmi adı verilmişdir. “METAFİZİKA” beynəlxalq fəlsəfi və fənlərarası araşdırmalar jurnalının 13-cü sayından jurnalın “Fəlsəfə, Sosiologiya və Psixologiya elmləri” üzrə redaksiya heyətinin üzvüdür. Məmməd Əliyev 1985-ci ildən pedaqoji fəaliyyətlə məşğuldur. O, dinşünaslıq, mədəniyyətin fəlsəfəsi və multikulturalizm fənlərinin tədrisi ilə məşğuldur. "Elm və cəmiyyət" elmi əsərləri toplusunun baş redaktoru, Bakı Slavyan Universitetinin "Ученые записки" jurnalının baş redaktorunun müavini, Təhsil Nazirliyinin və Bakı Slavyan Universitetinin müəllifi olduğu "Humanitar elmlərin öyrənilməsinin aktual problemləri" elmi məqalələrin ali məktəblərarası toplusunun redaksiya heyətinin üzvü, Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Komissiyasının ekspert şurasının üzvü və işlədiyi Universitetlərdə Elmi Şuranın üzvü kimi fəaliyyət göstərib.

ASA:Şəhla Tahir qızı Quliyeva

Vəzifə:İcraçı direktor

Ətraflı: Filologiya üzrə fəlsəfə doktoru, dosent 13 fevral 1971-ci ildə anadan olmuşdur. 1990-cı ildən Bakı Universiteti Nəşriyyatının mətbəəsində əmək fəaliyyətinə başlamışdır. 1992-1998-ci illərdə istehsalatdan ayrılmamaqla BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alaraq oranı Fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildən Bakı Universiteti nəşriyyatının “Təbiət və dəqiq elmlər” redaksiyasında əvvəlcə korrektor, sonra redaktor vəzifələrində çalışmışdır. 1999 – 2019 cu illərdə “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının məsul katibi olmuşdur. 2000-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsinə müəllim keçirilmişdir. 2006-cı ildə “Məzahir Daşqının poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2010-2021-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində əvəzçiliklə metodist vəzifəsində çalışmışdır. 2011-ci ildən AAK tərəfindən Kitabşünaslıq və nəşriyyat işi ixtisası üzrə dosent elmi adı almışdır. 2015–2020–ci illərdə Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmlər doktoru proqramında qiyabi doktoranturada təhsil almışdır. Hazırda “Azərbaycanda elmi jurnalların yaranması, müasir vəziyyəti və perspektivləri” mövzusunda doktorluq işi üzərində çalışır. 2016-cı ilin əvvəlindən Bakı Xoreoqrafiya Akademiyasının "Sənət Akademiyası" jurnalının redaktoru kimi fəaliyyət göstərir. 2019 - cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919 – 2019 ) Azərbaycan Respublikasının yubiley medalı ” ilə təltif edilmişdir. 2020–ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında əvvəlcə Biblioqrafiya şöbəsinin müdiri, hazırda isə icraçı direktoru vəzifəsində çalışır. 19 kitabın (16 müxtəlif mövzulu kitabın tərtibatçısı, 2 dərs vəsaitinin, 1 monoqrafiyanın müəllifi), 6 fənn proqramının, 1 metodik göstərişin, 134 – dan artıq elmi, elmi-publisistik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var.