Rəhbərlik

ASA:Şəhla Tahir qızı Quliyeva

Vəzifə:Kitabxana işləri üzrə direktor müavini

Ətraflı: 13 fevral 1971-ci ildə anadan olmuşdur. 1977-1988-ci illərdə orta məktəbdə təhsil almışdır. 1989-90-cı illərdə Cəfər Babayev adına TPM-ni bitirərək Bakı Universiteti Nəşriyyatının mətbəəsində əmək fəaliyyətinə başlamışdır. 1992-1998-ci illərdə istehsalatdan ayrılmamaqla BDU-nun Kitabxanaçılıq fakültəsində təhsil alaraq oranı Fərqlənmə diplomu ilə bitirmişdir. 1998-ci ildən Bakı Universiteti nəşriyyatının “Təbiət və dəqiq elmlər” redaksiyasında əvvəl¬cə korrektor, sonra redaktor vəzifələrində çalışmışdır. 1999 – 2019 cu illərdə “Bakı Universitetinin Xəbərləri” elmi jurnalının məsul katibi olmuşdur. 2000-ci ildən Kitabxanaçılıq-informasiya fakültəsinə müəllim keçirilmişdir. 2006-cı ildə “Məzahir Daşqının poeziyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışdır. 2010-cu ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzində əvəzçiliklə metodist vəzifəsində çalışmışdır. 2011-ci ildən AAK tərəfindən Kitabşünaslıq və nəşriyyat işi ixtisası üzrə dosent elmi adı almışdır. 2015–2020–ci illərdə Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə elmlər doktoru proqramında qiyabi doktoranturada təhsil almışdır. Hazırda “Azərbaycanda elmi jurnalların yaranması, müasir vəziyyəti və inkişaf perspektivləri” mövzusunda doktorluq işi üzərində çalışır. 2016-cı ilin əvvəlindən Bakı Xoreoqrafiya Akademiyasının "Sənət Akademiyası" jurnalının redaktoru kimi fəaliyyət göstərir. 2019 - cu ildə “Bakı Dövlət Universitetinin 100 illiyi (1919 – 2019 ) Azərbaycan Respublikasının yubiley medalı ” ilə təltif edilmişdir. 2020-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında əvvəlcə Biblioqrafiya şöbəsinin müdiri, hazırda isə direktorun kitabxana xidməti üzrə direktor müavini vəzifəsində çalışır. 21 kitabın (17 müxtəlif mövzulu kitabın tərtibatçısı, 2 dərs vəsaitinin, 2 monoqrafiyanın müəllifi), 6 fənn proqramının, 1 metodik göstərişin, 140 – dan artıq elmi, elmi-publisistik məqalənin müəllifidir. Ailəlidir, iki övladı var.