Rəhbərlik

ASA:Şəbnəm Ayaz qızı Rüstəmova

Vəzifə:Elmi katib

Ətraflı: Şəbnəm Ayaz qızı Rüstəmova 1988-ci ildə Bakı şəhərində anadan olub. 2006-2011-ci illərdə Bakı Dövlət Universitetinin “Kitabxana və informatika” indiki “İnformasiya və sənəd menecmenti fakültəsi” fakültəsinin bakalavr pilləsində təhsil alıb. 2020-ci ildə “Nəşriyyat işi və redaktə etmə” ixtisası üzrə həmin fakültənin magistr pilləsini fərqlənmə ilə bitirib. 2009-cu ildən AMEA Mərkəzi Elmi Kitabxanasında işə başlayıb. Həmin ildə Ali Məhkəməyə kitabxana yaratmağa göndərilib. 2015-ci ildə Baş kitabxanaçı vəzifəsinə təyin edilib. 2015-ci ildə MEK-tərəfindən yaradılan “Vahid Qeydiyyat Sistemi” adlanan proqramın kitabxanaya aid olan hissəsini işləyib təhvil verib. 2023-ci ildə MEK-in Elmi katibi vəzifəsinə təyin edilib. Qərbi Azərbaycan Nüvədi icmasının Gənclər Təşkilatının sədridir. 2023-cü ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır və ““1727-ci il tarixli Rəvan livası müfəssəl təhrir dəftəri” Qərbi Azərbaycanın tarixi mənbəyi kimi” mövzusunda dissertasiya işi üzərində işləyir. “Müstəqilliyimiz əbədidir” və MEK “İnformasiya Bülleteni”ndə redaksiya heyətinin üzvüdür. 2023-cü il “Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi buraxılışın məsul redaktoru və tərtibçisi olub. Beynəlxalq yerli və xarici konfransların iştirakçısı olub, sertifikatlarla təltif edilib.