Rəhbərlik

ASA:Oruc İslam oğlu Quliyev

Vəzifə:Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini

Ətraflı: Oruc İslam oğlu Quliyev 25 fevral 1963-cü ildə anadan olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsini fərqlənmə diplomu ilə bitirib. BDU-nun nəzdində ictimai peşələr fakültəsinin Jurnalistika ixtisasına yiyələnib. 1989-1992-ci illərdə Binəqədi rayonu, kütləvi kitabxanasında müdir vəzifəsində çalışıb. 1992-2018-ci illərdə Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində direktor kimi fəaliyyət göstərib. 2018-2021-ci illərdə Respublika Gənclər Kitabxanasında direktor vəzifəsində işləyib. 2022-ci ildən 2024-cü ilin aprel ayının 22-nə kimi AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi olub. 2019-cu ildən BDU-da müəllim kimi fəaliyyət göstərir. 2012-2016-cı illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı olub və 2018-ci ildə "Müstəqillik illərində Azərbaycan Respublikasında şəhər əhalisinə kitabxana informasiya xidməti" mövzusunda dissertasiya müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2022-ci ildən AMEA M.Füzuli adına Əlyazmaları İnstitutunun elmlər doktoru hazırlığı üzrə doktorantıdır və "Şəxsi arxivlərdə Azərbaycan tarixinə dair materialların təhlili" mövzusunda doktorluq işi üzərində çalışır. 1 monoqrafiya, elektron kitabxana işinə dair 5 kitabın (dərslik və dərs vəsaiti), məqalələr toplusundan ibarət bir kitabın, xaricdə və ölkədə elmi jurnallarda müxtəlif dillərdə dərc olunan 20-dən artıq elmi məqalə və tezisin, çoxsaylı metodiki vəsait, biblioqrafiya, biblioqrafik vəsait, elektron baza, elmi rəy, informasiya bülleteni və s. müəllifi və layihə rəhbəridir. Kitabxana informasiya elmləri adlı elmi-nəzəri və təcrübi jurnalın təsisçisi və redaktorudur. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən –Tərəqqi medalı ilə təltif olunub. Həmçinin Yeni Azərbaycan Partiyasının Fəxri Fərmanı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Fəxri Fərmanı,Yunus Əmrə İnstitutunun Fəxri Fərmanı ilə təltif olunub. “Emedia Group” tərəfindən ŞƏMS milli mükafatına layiq görülüb. Elmi konfrans, seminar və sərgilərdə iştirakı • Beynəlxalq kitabxana-informasiya təşkilatı olan İFLA-nın 71-ci konfransı; • Gürcüstan 2001-ci il; • Norveç 2005-ci il; • Bakı 2011, 2012, 2013, 2014, 2016, 2017, 2019, 2020, 2021-ci illər; • Almaniya 2018-ci il; • Türkiyə 2019; • Rusiya 2009, 2019-cu illər. Fəaliyyətinə dair əlavə məlumatlar: - 1993-2020-ci illərdə 33 saylı Xətai I Seçki Dairəsinin 24 saylı seçki məntəqəsinin sədri olmuşdur - "Azərbaycan kitabxana işinin inkişafı" Assosiasiyasının və "Azərbaycan kitabxanaçılar Cəmiyyətinin" həmtəsisçisi və idarə heyətinin üzvüdür -Bakı şəhəri Mədəniyyət Baş İdarəsinin Kitabxanalar üzrə Direktorlar Şurasının sədri olmuşdur. Ailəlidir. İki övladı var. [email protected]