Rəhbərlik

ASA:Hüseyn Cəlil oğlu Hüseynov

Vəzifə:Direktor

Ətraflı: Hüseyn Cəlil oğlu Hüseynov 20 dekabr 1978-ci ildə Füzuli rayonunun Qaraxanbəyli kəndində anadan olub. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasını (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Yüksək gərginliklərin fizikası və texnikası” ixtisası üzrə bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun "Yüksək gərginliklərin fizikası və texnikası" laboratoriyasında mühəndis proqramçı vəzifəsinə təyin olunub. İnstitutda kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində işləyib. 2015-ci ildə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Elmi-analitik şöbəsinə rəis müavini təyin olunub. 2016-cı ildə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin Magistratura şöbəsinin rəisi vəzifəsinə təyin olunub. 2017-cı ildə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil idarəsinin rəis müavini vəzifəsinə təyin olunub. 2022-ci ildə AMEA Rəyasət Heyəti aparatının Elmi, texniki və innovativ fəaliyyətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2023-cü ildə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsinə təyin olunub. 2011-ci ildə Gənclər və İdman Nazirliyinin təsis etdiyi Elm və Təhsil nominasiyası üzrə Gənclər Mükafatı Laureatına layiq görülüb. 2012-cü ildə texnika elmləri üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 07 oktyabr 2016-cı il tarixli qərarı ilə dosent adını alıb. 88 elmi əsərin, 1 patentin müəllifidir. YAP Yasamal rayon təşkilatının AMEA Mərkəzi Elmi Kitabxana üzrə ərazi partiya təşkilatının sədri, AMEA Direktorlar Şurasının sədr müavini, AMEA-da Ekspedisiyaların təşkili üzrə komissiyanın üzvidür. AMEA prezidentinin Fəxri Fərmanı ilə təltif olunub. Fəaliyyətinə dair əlavə məlumatlar • Gənc tədqiqatçı Elmi-praktiki jurnalın redaksiya heyətinin üzvi; • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun Gənc alimlərin 1-ci qrant müsabiqəsinin qalibi və layihə rəhbəri; • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 5-ci mobillik qrant müsabiqəsinin qalibi və layihə rəhbəri; • 2 beynəlxalq (Ukrayna) qrant layihəsinin iştirakçısı; • “The World Federation of Scientists” mərkəzinin gənc alimlər üçün dəstək fondunun təqaüdçüsü; • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun keçirdiyi “Elm_Təhsil İnteqrasiyası” məqsədli qrant müsabiqəsinin qalibi və layihə rəhbəri; • Azərbaycan Elm Fondunun keçirdiyi “Əsas qrant müsabiqəsi-2022”-nin qalibi və layihə rəhbəri; • 32 saylı Suraxanı 3-cü seçki dairəsinin 20 saylı məntəqəsinin sədri; • Azərbaycan Texniki Universitetinin dosentidir. Əlaqə vasitələri Telefon: +(994 12) 537 19 82 Elektron poçt: [email protected]; [email protected]