Yusif Ziya Talıbzadə (1877-1923
Müəllif | Əsədova Minəxanım Rafik qızı |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | 14 |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Əsədova Minəxanım Rafik qızı . Yusif Ziya Talıbzadə (1877-1923. Bakı, , 2019.
Kitabda sovet dönəmində adının düşmən qismində belə çəkilməsi qadaqan olunmuş dinşünas alim, içtimai siyasi xadim, təcüməçi, neçə-neçə kitabın müəllifi, Qafqaz İslam Ordusunun zabiti Axund Yusif Ziya Talıbzadənin həyatı və fəaliyyəti kulturoloji yanaşmadan tədqiq olunur. Ilk dəfə olaraq Y.Z.Talıbzadənin ictimai-siyasi və pedaqoji fəaliyyəti, ədəbi-bədii və kulturoloji yaradıcılığı dövrün mədəni prosesləri kontekstində araşdırılırmış, Azərbaycan, Türkiyə və Orta Asiyadakı türkçülük və islamçılıq hərəkatları fonunda təqdim edilmişdir. Y.Z.Talıbzadənin ittihadçılıq yönündəki fəaliyyətində Türkiyə ictimai-siyasi və mədəni mühitinin təsirləri araşdırılmışdır. Ədibin milli ideallar uğrundakı mübarizəsi dövrün mürəkkəb və ziddiyyətli hadisələri ilə vəhdətdə təhlil edilərkən onun H.Z.Tağıyev, N.Nərimanov, Ənvər Paşa kimi şəxsiyyətlərlə olan münasibətlərinə xüsusi önəm verilmişdir.