Yaşıl iqtisadiyyat
Müəllif | Qasımlı Vüsal, Hüseynov Rəşad, Hüseyn Ramil, Həsənov Rəşad |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | 5 |
Nəşriyyat | "Azprint" nəşriyyatı |
Nəşr yeri | Bakı |
Qasımlı Vüsal, Hüseynov Rəşad, Hüseyn Ramil, Həsənov Rəşad. Yaşıl iqtisadiyyat. Bakı, "Azprint" nəşriyyatı, 2022.
"yaşıl iqtisadiyyat” termini qlobal səviyyədə bəşəriyyətin inkişafının ana xətlərindən birini ifadə edir. Bu monoqrafiya multidisiplinar və çoxölçülü yanaşma əsasında “yaşıl iqtisadiyyat”ı izah edir. Müəlliflər, ilk növbədə, qlobal trendləri və perspektivləri təhlil etməklə, Azərbaycanda “yaşıl iqtisadiyyat”ın inkişafının magistral xəttini müəyyənləşdirməyə çalışmışlar. Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl iqtisadiyyat” məsələlərinin elmi cəhətdən araşdırılmasını özündə ehtiva edən ilk əhatəli tədqiqat əsəridir. Monoqrafiya Azərbaycan Respublikasında “yaşıl düşüncə” və həyat tərzinin formalaşmasına töhfə verməklə, iqtisadi inkişafa dair dövlət proqramlarının, strateji sənədlərin, regional və yerli layihələrin hazırlanmasında istifadə edilə bilər. Həmçinin monoqrafiyadan tədqiqatçılar, sahibkarlar, doktorantlar, magistrantlar və tələbələr faydalanabilərlər.