E-KİTABLAR


Mətn şərhinin metodoloji əsasları. Dərs vəsaiti

Müəllif Mətanət Abdullayeva
Nəşr olunduğu il 2024
Elm sahəsi 9
Nəşriyyat Füyuzat
Nəşr yeri Bakı

Mətanət Abdullayeva . Mətn şərhinin metodoloji əsasları. Dərs vəsaiti. Bakı, Füyuzat, 2024.

Şərhçilik filoloji tədqiqatın vacib tərkib hissəsidir. Akademik şərhçilik ənənələri şərhçiliyin ilkin texnikasından başlanır. Bu kursda tələbələr metaforik qəliblərlə işləmək vərdişinə yiyələnərək poetik nümunələri düzgün təfsir etmək bacarığı qazana bilərlər. Bədii nü- munələr üzərində iş zamanı metaforaların, rəmz və alleqoriyaların il- kin semantika sərhədini aşan batini mənalarının, koqnitiv funksiyalarının anlaşılması mühüm əhəmiyyət kəsb edir. Filoloji təhsildə bu məqsəd üçün nəzərdə tutulmuş “Mətn şərhinin metodoloji əsasları” fənni filoloji təhsil tarixinin yeni səhifəsini təşkil edir. Bu fənn milli ədəbiyyatımızın ən dəyərli nümunələrini tədqiq etməyə qabil mütə- xəssislər yetişdirmək imkanı verəcək, milli mədəniyyətimizin, fəlsəfi mədəniyyətimizin zəngin dövrünü anlamağa yardım edəcək.