Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri
Müəllif | Cəfərov Nizami Qulu oğlu |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | 7 |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Cəfərov Nizami Qulu oğlu. Azərbaycanlılar: etnokulturoloji birliyin siyasi-ideoloji üfüqləri. Bakı, , 2004.
Azərbaycanlılar bir xalq (superetnos!) olaraq dünyanın sosial-siyasi baxımdan kifayət qədər “narahat” bir coğrafiyasında, min ildən artıq davam edən mürəkkəb etnik proseslərin nəticəsində formalaşmışdır. Və məlum olduğu kimi, Azərbaycan xalqı öz adını, XIX əsrin ortalarından başlayaraq, formalaşdığı coğrafiyanın adından almışdır. Belə ki, həmin dövrə qədər onlar əsasən türk, XIX əsrin ortalarından sonra isə həm də Azərbaycan türkləri adlanmışlar.