E-KİTABLAR


Radar çəkiliş sistemləri. Dərs vəsaiti.

Müəllif B.M. Əzizov, X.İ. Abdullayev.
Nəşr olunduğu il 2016
Elm sahəsi 2
Nəşriyyat MAA- nın Poliqrafiya Mərkəzi
Nəşr yeri Bakı

B.M. Əzizov, X.İ. Abdullayev.. Radar çəkiliş sistemləri. Dərs vəsaiti. . Bakı, MAA- nın Poliqrafiya Mərkəzi, 2016.

Dərs vəsaitində radar çəkiliş sistemlərinin əsas xarakteristikaları, aktiv zondlama üsulları, Yer səthini müşahidə edən radar sistemlərinin nəzəriyyəsi və qurulma prinsiplərinin əsas müddəaları şərh olunmuşdur. Əsas diqqət sintez olunmuş aperturlu peyk radar sistemlərinə yönəldilmişdir. Zondlayıcı siqnalların qeyri- müəyyənliyi, informasiyanın təhrif olunması, parametrlərin seçilməsinin əsaslandırılması və bort sistemlərinin kalibrlənməsi məsələlərinə baxılmışdır. Müasir peyk radar sistemləri və onların konkret tətbiq sahələri üzrə də materiallar daxil edilmişdir.Dərs vəsaiti bakalavriat səviyyəsində 050649 – Ekologiya mühəndisliyi ixtisasının tədris planında nəzərdə tutulmuş “Radar çəkiliş sistemləri” fənninin proqramına uyğun tərtib edilmişdir.Vəsaitdən “Aerokosmik monitorinq” və “Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması” ixtisaslaşmaları üzrə magistratura səviyyəsində təhsil alan tələbələr, həmçinin kursu müstəqil öyrənənlər də istifadə edə bilərlər.