Naxçıvanda məktəb və pedaqoji fikir
Müəllif | Vahid Rzayev |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | 10 |
Nəşriyyat | “Əcəmi” |
Nəşr yeri | Naxçıvan |
Vahid Rzayev. Naxçıvanda məktəb və pedaqoji fikir. Naxçıvan, “Əcəmi” , 2018.
Monoqrafiyada XIX əsr və XX əsrin əvvəllərində Azərbaycanın qədim bölgələrindən olan Naxçıvanda məscid məktəbləri və mədrəsələr, rus dövlətinin yaratdığı təhsil müəssisələri (Naxçıvan qəza məktəbi, Ordubad şəhər ibtidai məktəbi, kənd ibtidai məktəbləri və s.), M.T.Sidqinin ana dili məktəbləri, həmçinin Naxçıvan rus-Azərbaycan
oğlan və qız məktəbinin yaranması və inkişaf tarixi, bu məktəblərdə təhsilin məzmunu, şagirdlərin milli və silki tərkibi, ştatlı nəzarətçilər və fənn müəllimləri, tədris vəsaitləri, kitabxana fondu və digər məsələlər ilk dəfə olaraq hərtərəfli və sistemli şəkildə araşdırılır. Kitab pedaqoji yönlü ali məktəblərin bakalavr və magistrləri, doktorant və müəllimlər, geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.