Fotokimya: ion kristalları əsasın-da kristalfosforlar
Müəllif | Cəfərova R.Ə., Məmmədov A.M. |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | 21 |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Cəfərova R.Ə., Məmmədov A.M.. Fotokimya: ion kristalları əsasın-da kristalfosforlar. Bakı, Elm, 2023.
Monoqrafiyada lüminessensiya hadisəsi nəzəri və praktiki baxımdan araşdırılır. İon kristallarının (qələvi-haloid-, ammonium- və alkilammonium halogenidlər) strukturları, faza keçidləri, məxsusi elektron həyəcanlanmaları, bu krstallarda radiasiyanın təsiri altında yaranan rəng mərkəzləri müqayisəli şəkildə təhlil edilir. Göstərilən ion kristallarının və ağır civəyə oxşar elementlərin (Tl+ , Pb2+, Bi3+ və s.) əsasında hazırlanmış kristalfosforların spektral-lüminessent xassələri, radiasiyanın təsiri ilə induksiya olunmuş zərrəciklərin əmələ gəlməsi və çevrilməsi mexanizmləri verilir. Gümüş-halogenidlərin amin kompleksləri, onların lüminessent xarakteristikaları müzakirə edilir, alınan lüminoforların tətbiq edilmə yolları araşdırılır. Təqdim edilən kitab (monoqrafiya) kimya, kimya-texnologiya, fizika fakultəsinin tələbələri, magistrantlar, doktorantlar, spektroskopiya sahəsində çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.