E-KİTABLAR


Hidroponika

Müəllif Hüseynov Nizami Vidadi oğlu, Hümbətov Hümbət Sərxoş oğlu
Nəşr olunduğu il 2024
Elm sahəsi 22
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Hüseynov Nizami Vidadi oğlu, Hümbətov Hümbət Sərxoş oğlu. Hidroponika. Bakı, Elm və təhsil, 2024.

Bu tövsiyə torpaqsız bitki yetişdirmə üsulu ilə il boyu çiçək və tərəvəz yetişdirənlər və yetişdirmək istəyənlər üçün yazılmışdır. Hidroponika üsulu otaqların pəncərələrində, eyvanında, açıq havada şəxsi sahədə və ya istixana təsərrüfatlarında adi becərmə ilə müqayisədə daha az əmək sərf edərək, daha çox uğur əldə etməklə bitki yetişdirməyə imkan verir. Tövsiyədə qida məhlullarında və bu məhlullarla nəmlənmiş müxtəlif mühitlərdə bitki yetişdirmək üçün istisnasız olaraq hər kəs üçün mövcud olan üsullar təsvir edilmişdir. Qida məhlulunu necə hazırlamaq, hansı bitkini yetişdirmək, hansı materiallara ehtiyac olduğu və müəyyən şərtlərdə tam olaraq nə yetişdirilə bilər kimi bütün suallara tövsiyədə ətraflı cavab tapmaq olar. Tövsiyədən tərəvəzçilik və gülçülük ixtisaslarında təhsil alan tələbələr, magistrantlar, aqronomlar, fermerlər və bu sahələrdə çalışan başqa mütəxəssislər, eləcə də hər bir oxucu faydalana bilər. Əminik ki, hər bir həvəskar oxucu tövsiyənin yarısını oxumamış, yeni üsulu praktiki olaraq mənimsəmək istəyəcək və şübhəsiz ki, torpaqsız bitki yetişdirmək üçün öz rasional variantlarını tapacaqdır.