Azərbaycanın daxili su hövzələri balıqlarının faunası
Müəllif | Mustafayev Namiq Canəli oğlu |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | 22 |
Nəşriyyat | ADPU nəşriyyatı |
Nəşr yeri | Bakı |
Mustafayev Namiq Canəli oğlu. Azərbaycanın daxili su hövzələri balıqlarının faunası. Bakı, ADPU nəşriyyatı, 2024.
Monoqrafiya müəllifin ümumi qəbul olunmuş ixtioloji metodlarla şəxsən topladığı və tədqiq etdiyi materialların əsasında yazılmışdır. Burada Azərbaycanın daxili su hövzələrində yaşayan dəyirmiağızlı və balıqların öyrənilmə tarixinə, sistematikasına dair ətraflı məlumatlar verilmiş, hər bir növün təsnifat statusu və morfo-bioloji xüsusiyyətləri göstərilmiş, əsasən müəllif tərəfindən çəkilmiş şəkilləri təqdim olunmuş, növlərin su hövzələri üzrə yayılma qanunauyğunluqları araşdırılmışdır.
Kitab ixtiologiya, balıqçılıq, hidrobiologiya, akvakultura və digər ixtisaslar üzrə təhsil alan tələbələr, bu sahələrdə tədqiqat aparan doktorantlar və elmi işçilər, həmçinin təsərrüfatlarda çalışan mütəxəssislər üçün nəzərdə tutulmuşdur.