E-KİTABLAR


Ali məktəb tələbələrində tolerantlığın formalaşdırılması

Müəllif Əmirəliyeva İradə Böyükağa
Nəşr olunduğu il 2024
Elm sahəsi 10
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Əmirəliyeva İradə Böyükağa. Ali məktəb tələbələrində tolerantlığın formalaşdırılması. Bakı, Mütərcim, 2024.

Monoqrafiyada tələbələrdə tolerantlığın formalaşdırılmasının nəzəri və təcrübi məsələləri özünün əksini tapmışdır. Müəllif tələbələrdə tolerantlığın formalaşdırılması üzrə işin məzmunu, məqsəd və vəzifələrini; tolerantlığın formalaşdırılmasının nəzəri-metodoloji əsaslarını; pedaqoji şərtlərini və texnologiyalarını; tələbələrdə tolerantlıq şüurunun inkişaf etdirilməsinin psixoloji məsələlərini diqqət mərkəzinə gətirmiş; problem baxımından mövcud ədəbiyyatı diqqətlə öyrənmiş və onun təhlilini aparmışdır. Əsərdə, həmçinin tələbə gənclərdə tolerant şüur və düşüncənin, tolerant davranış təcrübəsinin formalaşdırılması; təlim prosesində və auditoriyadankənar tədbirlər zamanı tələbələrdə tolerantlığın formalaşdırılması kimi mühüm məsələlər də özünə yer almışdır. Eyni zamanda tələbələrdə tolerantlığın formalaşdırılmasının səmərəlilik göstəriciləri də öz ifadəsini tapmışdır. Monoqrafiya pedaqogika fənn müəllimləri, doktorant və dissertantlar, geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuşdur.