E-KİTABLAR


Alman ədəbiyyatı antologiyası

Müəllif
Nəşr olunduğu il 2009
Elm sahəsi 9
Nəşriyyat Şərq-Qərb
Nəşr yeri Bakı

. Alman ədəbiyyatı antologiyası. Bakı, Şərq-Qərb, 2009.

Bəşər mədəniyyəti tarixində özünəməxsus yeri olan alman ədəbi irsi dünya ədəbiyyatına görkəmli yazıçı və şairlər bəxş etmişdir. Təqdim olunan antologiyaya alman ədəbiyyaünm incilərindən - Yohann Volfqanq Getenin şeirləri, Haynrix Hayne-nin poeziyasından nümunələr və “Hars səfəri” povesti, Qothold Efraim Lessinqin “Emiliya Qalotti” faciəsi, Fridrix Şillerin “Şərəfini itirmiş cinayətkar” hekayəsi, Teodor Ştormun “Ögey ana” novellası, Fridrix Volfun və Volfqanq Borxertin hekayələri və Fridrix Nitsşenin “Zərdüşt belə dedi” əsərindən parçalar daxil edilmişdir. Dünya və Avropa nağılçıları arasında alman ədəbi nağılının nümayəndələri özünəməxsus yer tutmuşdur. “Baron Münhauzenin sərgüzəştləri” Rudolf Erix Raspeyə, “Ağgül və Qızılgül”, “Bremen çalğıçıları”, “Kiçik gölün su pərisi” Yakob və Vilhelm Qrimm qardaşlanna, “Sinnober ləqəbli Balaca Saxes”, “Fındıqqıran və siçanlar padşahı” Ernst Teodor Amadey Hofmana, “Yalançı şahzadə nağılı”, “Burun Cırtdan” və s. nağıllar isə Vilhelm Haufa dünya şöhrəti qazandırmışdır. Topluya bu müəlliflərin istər uşaqlar, istərsə də böyüklər tərəfindən yüz illər boyu sevilə-sevilə oxunan nağılları daxil edilmişdir.