E-KİTABLAR


Azərbaycanda çay mədəniyyəti: tarixi-etnoqrafik tədqiqat

Müəllif Məmmədova İlhamə Gülbala qızı
Nəşr olunduğu il 2022
Elm sahəsi 7
Nəşriyyat
Nəşr yeri Bakı

Məmmədova İlhamə Gülbala qızı. Azərbaycanda çay mədəniyyəti: tarixi-etnoqrafik tədqiqat. Bakı, , 2022.

Monoqrafiya Azərbaycanda çay mədəniyyətinin tarixi-etnoqrafik tədqiqinə həsr edilir. Kitabda Böyük coğrafi kəşflərdən sonra qlobal qidaya çevrilən qəhvə, çay və şəkərin tarixi araşdırılır, Azərbaycanda çay süfrəsi- nin etnoqrafik xüsusiyyətləri, həmçinin ənənəvi içkilər və şirniyyat növləri haqqında məlumat verilir, çayın ölkəmizdə və dünyada yayılma səbəbləri, müxtəlif xalqların çay mədəniyyəti izah olunur. Azərbaycan etnoqrafiya elmində ilk dəfə olaraq Səfəvilər dövrü qəhvəxanaları, çayxanaların ya- ranması, funksiyası, çayxana işçiləri, müştəriləri və oradakı adət-ənənələr şərh edilir. Qəhvəxananın çayxanaya çevrilməsinin səbəbləri açıqlanır və onların ölkənin sosial, mədəni, iqtisadi və siyasi həyatındakı rolu tədqiq edilir. Tarixi mənbələr, ədəbiyyat və çöl-etnoqrafik materialları əsasında qələmə alınan əsər Azərbaycan xalqının mədəni irsinin öyrənilməsində əhə- miyyət daşıyır.