E-KİTABLAR


Yaşıl iqtisadiyyat

Müəllif Qasımlı Vüsal, Hüseynov Rəşad, Hüseyn Ramil, Həsənov Rəşad
Nəşr olunduğu il 2022
Elm sahəsi 6
Nəşriyyat "Azprint" nəşriyyatı
Nəşr yeri Bakı

Qasımlı Vüsal, Hüseynov Rəşad, Hüseyn Ramil, Həsənov Rəşad. Yaşıl iqtisadiyyat. Bakı, "Azprint" nəşriyyatı, 2022.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır. Ölkənin perspektiv iqtisadi inkişafı ilə bərabər ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların sürətli bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadə təmin edilməlidir. Bu prioritet daxilində strateji dövrdə iki məqsədin - yüksək keyfiyyətli ekoloji mühit və “yaşıl enerji” məkanı - effektiv reallaşdırılmasına nail olunmaq hədəflənir.