Gözlər yoldan yığılarmı...: sənədli povest
Müəllif | Zöhrablı Nəzirməmməd |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | 9 |
Nəşriyyat | Respublika Xatirə Kitabı Redaksiyası-Nəşriyyatı |
Nəşr yeri | Bakı |
Zöhrablı Nəzirməmməd. Gözlər yoldan yığılarmı...: sənədli povest. Bakı, Respublika Xatirə Kitabı Redaksiyası-Nəşriyyatı, 2019.
Geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuş kitab Respublika Xatirə Kitabı Redaksiyasının “Şəhidlər ölməz, Vətən bölünməz” layihəsilsiləsindən növbəti nəşridir.
Jurnalistpublisist Nəzirməmməd Zöhrablının konkret faktlar, sənədlər və şəxsi axtarışları əsasında qələmə aldığı “Gözlər yoldan yığılarmı...” kitabında ermənilərin xalqımıza, tarixi torpaqlarımıza qarşı apardığı Qarabağ savaşında itkin düşmüş Xəqani Eyvaz oğlu Əkbərovun həyat yolundan, könüllü olaraq Vətənin müdafiəsinə yollanmasından, döyüşçü dostlarının, doğmalarının onun haqqında xatirələrindən bəhs olunur. “Gözlər yoldan yığılarmı...” gələcək nəsillərə örnək olacaq vətənpərvər
ruhlu ədəbi nümunədir.