Azərbaycanın iqlimi: havanın temperatur rejimi
Müəllif | Hüseynov Nazim, Hüseynov Camal |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | 6 |
Nəşriyyat | Optimist |
Nəşr yeri | Bakı |
Hüseynov Nazim, Hüseynov Camal. Azərbaycanın iqlimi: havanın temperatur rejimi. Bakı, Optimist, 2024.
“Azərbaycanın iqlimi: havanın temperatur rejimi”monoqrafiyasında Azərbaycan Respublikasının ərazisində sondövrlərdə baş verən iqlim dəyişmələri nəzərə alınmaqla, ölkənin müasir iqlim rejiminin formalaşdıran əsas amil kimi hava temperaturunun hazırkı vəziyyəti müəyyənləşdirilmişdir. Ölkədə yerləşən hidrometeoroloji stansiyaların ilkin məlumatları əsasında,çoxillik normalar müəyyən edilmiş, bu normalarla müqayisədə iqlim dəyişmələrinin havanın temperatur rejiminə təsirləri aşkar edilmişdir. Monoqrafiya, hava temperaturunun yenidən tərtib edilmiş çoxillik normaları, onun ölkə ərazisində müasir vəziyyəti haqqında qələmə alınmış iri həcmli elmi ədəbiyyatdır. Kitab, ölkədə iqlim rejiminin yenidən müəyyənləşdirilməsi üçün həyata keçirilən bütün elmi fəaliyyətlərdə istifadə üçün nəzərdə tutulmuşdur.